Azərbaycanlı dünya çempionatında bürünc medal qazandı

6 Fevral 2019 08:00 Taekvondo 683
Azərbaycanlı dünya çempionatında bürünc medal qazandı

Türkiyənin Antalya şəhərində parataekvondo üzrə dünya çempionatına start verilib.

Sportinfo.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 11 təmsilçisindən 3-ü dayanq üzərinə çıxıb.

49 kq çəki dərəcəsində yer alan Röyalə Fətəliyeva (K 44) yarımfinalda məğlub olsa da, aktivinə bürünc medal yazdırıb.

75 kq-dan yuxarı çəkidəki Vüsal İsmayılov (K 44) 1/4 finalda əlindən aldığı zədə üzündən döyüşü davam etdirə bilməyib.

Eyni kateqoriya və çəkidə yarışan Vüqar Adışirinov da komanda yoldaşı kimi yarımfinalın bir addımlığında məğlub olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti