COP29

Türkiyənin azərbaycanlı çempionu karyerasını başa vurdu

20 Yanvar 2019 15:48 Taekvondo 691
Türkiyənin azərbaycanlı çempionu karyerasını başa vurdu

Türkiyə millisinin əslən azərbaycanlı taekvondoçusu Sərvət Təzəgül karyerasını başa vurub.

Sportinfo.az xəbər verir ki, bu barədə 31 yaşlı idmançının özü "Anadolu" agentliyinə açıqlamasında bildirib.

O, gənclərə yol açmaq üçün bu addımı atdığını və fəaliyyətini Türkiyənin kişilərdən ibarət yığmasında davam etdirəcəyini söyləyib.

Sərvət Təzəgül 26 sentyabr 1988-ci ildə Almaniyanın Nürnberq şəhərində doğulub. O, Qars şəhərinin Arpaçay qəsəbəsindən Qərbi Almaniyaya köçən əslən azərbaycanlı ailənin övladıdı.

68 kq çəki dərəcəsində çıxış etmiş Təzəgül 2012-ci il London Yay Olimpiya Oyunlarında qızıl medal qazanaraq, Türkiyənin taekvondo növündə yeganə olimpiya çempionu kimi tarixə düşüb.

O, həmçinin 2 dəfə dünya, 5 dəfə Avropa çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti