COP29

“Qəbələ” idmançısından qızıl medal

31 Dekabr 2018 15:15 Taekvondo 455
“Qəbələ” idmançısından qızıl medal

Taekvondo üzrə böyüklər arasında Azərbaycan çempionatına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, yarışın ikinci günündə 5 dəst medal sahibini tapıb.

Azərbaycan Boks Federasiyasının idman zalında təşkil olunan çempionatda “Qəbələ” İdman Klubunun təmsilçiləri də dayanq üzərinə çıxıblar.

68 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Məmmədov bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu tituluna yiyələnib.

Bu, “Qəbələ” taekvondoçularının yarışdakı 2-ci qızıl medalı olub. Çempionatın ilk günündə Cavad Ağayev 63 kq çəki dərəcəsində qalib adına yiyələnmişdi.

İki idmançısı çempion adını qazanan “Qəbələ” komanda hesabında 5-ci yeri tutub. Yarış başa çatdıqdan sonra müxtəlif nominasiyalarda fərdi mükafatlar da təqdim olunub. Cavad Ağayev yarışın ədalətli idmançısı adına layiq görülüb.

Digər Xəbərlər
Xəbər Lenti