COP29

Avropa birinciliyinin ilk günündə Rahid Vəliyev gümüş medal qazandı

1 Dekabr 2018 00:40 Taekvondo 893
Avropa birinciliyinin ilk günündə Rahid Vəliyev gümüş medal qazandı

İspaniyanın Marina Dor şəhərində yeniyetmə taekvondoçuların Avropa birinciliyinə start verilib.

Sportinfo.az xəbər verir ki, ilk yarış günündə millimiz 1 medal qazanıb.

37 kq-da Rahid Vəliyev fransalı (21:19), türkiyəli (13:10) və rusiyalı (26:04) rəqiblərinə qalib gəlib.

Yarımfinalda digər rusiyalı idmançını 7:6 üstələyərək finala yüksəlib. Həlledici döyüşdə danimarkalı həmkarına 32:35 uduzan Rahid 2-ci yerlə kifayətlənib.

Digər Xəbərlər
Xəbər Lenti