COP29

Cavid Hüseynov 12 ay müddətinə diskvalifikasiya olundu

31 Oktyabr 2018 14:48 Taekvondo 961
Cavid Hüseynov 12 ay müddətinə diskvalifikasiya olundu

Azərbaycanın daha 6 idmançısına dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib.

Bu barədə Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) Sportinfo.az-a verilən məlumatda bildirilir.

Həmin taekvondoçuların Cavid Hüseynov, Samir Məhərrəmov, Yunis Məmmədzadə, Şəms İsayeva, Nərgiz Mirzəyeva və Ofeliya Allahverdiyeva olduqları açıqlanıb.

Onların hamısı 12 ay müddətinə diskvalifikasiya olunub. İdmançılardan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit yaxud markerlərinin mövcudluğu təsbit olunub.

Bütün idmançıların orqanizmlərində furosemid maddəsi aşkarlanıb. Onların cəzaları müvafiq olaraq, 4 aprel, 20 aprel, 25 aprel, 19 aprel və 19 mart 2018-ci ildən qüvvəyə minib.

Bütün taekvondoçular Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığma komandalarının üzvləri olub.

Daha əvvəl Azərbaycanın 25 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün AMADA tərəfindən cəzalandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!