COP29

"Prezident İlham Əliyevdən xahiş etmişəm ki..."

20 Oktyabr 2018 13:24 Taekvondo 600
"Prezident İlham Əliyevdən xahiş etmişəm ki..."

Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış idmançı Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlanması ilə bağlı məhkəmə prosesi davam edib.

Sportinfo.az xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Məhkəmədə təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Təqsirləndirilən Nərgiz Fərəcovanın vəkili Gülşən Salmanova çıxış edib. Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi olmadığını qeyd edib və ona hakimlərdən bəraət istəyib.

Məhkəmə prosesində Fəridə Əzizova bildirib ki, prezident İlham Əliyevə ərizə ilə müraciət edib: "Ərizədə ölkə başçısından xahiş etmişəm ki, işə ədalətli baxılması təmin edilsin və mənə dəymiş ziyan ödənilsin".

Bir neçə ay öncə Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyf oğurlanıb.

Digər Xəbərlər
Xəbər Lenti