COP29

Azərbaycan yığması olimpiadaya reytinq xalları verən Qran-pridə

17 Oktyabr 2018 16:48 Taekvondo 475
Azərbaycan yığması olimpiadaya reytinq xalları verən Qran-pridə

Azərbaycan taekvondoçuları İngiltərənin Mançester şəhərində oktyabrın 19-da start götürəcək Qran-priyə yollanıblar.

Sportinfo.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına reytinq xalları verən yarışa 6 idmançı qatılacaq.

Yığmanın heyətində Qaşım Maqomedov (58 kq), Ayxan Tağızadə, Məhəmməd Məmmədov (hər ikisi 68 kq), Ramin Əzizov (+80 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) yer alıb.

Onlar vitse-prezident Niyaməddin Paşayev, baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərliyi altında mübarizə aparacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti