COP29

“Qəbələ”nin üzvü Argentinada bürünc medal qazandı

10 Oktyabr 2018 16:12 Taekvondo 528
“Qəbələ”nin üzvü Argentinada bürünc medal qazandı

Azərbaycan millisinin və “Qəbələ” İdman Klubunun taekvondoçusu Cavad Ağayev növbəti uğuruna imza atıb.

Sportinfo.az xəbər verir ki, bu il dünya çempionu adını qazanan Cavad Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin 3-cü Yay Olimpiya Oyunlarında da fərqlənib.

63 kq çəki dərəcəsində çıxış edən Cavad 1/8 finalda Cənubi Sudan təmsilçisi Stefan Atemlə qarşılaşıb. Döyüşün gedişində afrikalı taekvondoçu diskvalifikasiya olunub.

1/4 finalda isə Cavadın rəqibi İran idmançısı Həmed Əsgəri Mahiabadi olub. 9:8 hesabı ilə qalib gələn Cavad yarımfinala yüksəlib.

Cavad Ağayev finalın bir addımlığında Cənubi Koreya taekvondoçusu Ço Vun Hu ilə üz-üzə gəlib. 13:15 hesabı ilə məğlub olan Cavad, Olimpiya Oyunlarının bürünc mükafatını qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!