COP29

Millimizin üzvünün seyfini aparanlardan biri xəstəxanalıq oldu

4 Oktyabr 2018 17:24 Taekvondo 597
Millimizin üzvünün seyfini aparanlardan biri xəstəxanalıq oldu

Məşhur xanım idmançı Fəridə Əzizovanın evindən oğurluq etməkdə təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, onların cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, təqsirləndirilən və ev dustaqlığında olan Nərgiz Fərəcova məhkəməyə gəlməyib.

N.Fərəcovanın vəkili deyib ki, müdafiə etdiyi şəxs xəstəxanaya yerləşdirilib. Vəkilin sözlərinə görə, onun səhhətinin anidən pisləşməsinə səbəb həyəcanlanması olub.

Fəridə Əzizova da buna etiraz edərərk, söyləyib ki, bu, sadəcə məhkəməni uzatmaqdır. Ayın 17-də beynəlxalq turnirdə iştirak edəcəyini deyən F.Əzizova məhkəmə yubadılacağı təqdirdə prosesə gələ bilməyəcəyini deyib.

Məhkəmə N.Fərəcova barəsində məcburi gətirilmə qərarı çıxarıb. Məhkəmə iclası oktyabrın 10-da davam etdiriləcək.

Prokuror Nicat İsrafilovun 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısının Nərgiz Fərəcovun 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalından həbs edilməsini istəyib.

Fəridə Əzizova deyib ki, ona dəymiş zərərin 53 min manatı ödənilib. O, 14500 manat zərəri tələb etdiyini söyləyib. İdmançı ay sonuna qədər o lara vaxt verdiyini deyib.

İttihamda yazılır ki, Nicat İsrafilov oğurluq hadisəsindən sonra Lerik rayonu ərazisindən sərhəddən qanunsuz olaraq İrana keçib. Oradan da qaçaq yolla Türkiyənin Iğdır şəhərinə gedib.

Daha sonra Ərzurum şəhərinə gedən zamanı polis tərəfindən sənədləri olmadığı üçün saxlanılıb. N.İsrafilov Azərbaycana deportasiya edilib.

Məhkəmədə Nicat İsrafilov özünü tam təqsirli bilib. Nərgiz Fərəcova isə özünü qismən təqsirli bildiyini söyləyib. Nicat İsrafilov ifadəsində oğurluğu tək etdiyini, Nərgizin bu işdən xəbərsiz olduğunu deyib.

Ötən ilin sentyabrında Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonundakı mənzilindən seyf oğurlanıb. B

ir neçə ay sonra idmançının evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi aparan Gəncə şəhər sakini Nicat İsrafilov və Nərgiz Fərəcova həbs edilib.

Daha sonra Nərgiz Fərəcova ev dustaqlığına buraxılıb. Məlum olub ki, Nərgiz Fərəcova idmançı Fəridə Əzizovanın rəfiqəsinin bacısıdır.

F.Əzizova 2013-cü ildə dünya çempionatında və 2014-cü ildə Baкı şəhərində Avropa Çempionatında bürünc medal qazanıb. Həmçinin 2015 Avropa Oyunlarında gümüş medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!