COP29

Olimpiadaya yollanacaq milli üzvləri ilə görüş keçirildi

4 Oktyabr 2018 11:12 Taekvondo 553
Olimpiadaya yollanacaq milli üzvləri ilə görüş keçirildi

Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının keçiriləcəyi Argentinanın paytaxtı Buenos-Ayresə yola düşməzdən əvvəl Azərbaycan taekvondoçuları ilə görüş keçirilib.

Sportinfo.az xəbər verir ki, görüşdə gənclərdən ibarət milli Olimpiya komandasının baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Zahid Məmmədov, eləcə də Oyunlarda mübarizə aparacaq gənclər arasında son dünya çempionu Cavad Ağayev və Minayə Əkbərova iştirak edib.

2014-cü ildə Çinin Nankin şəhərində keçirilmiş olimpiadada Səid Quliyevin qızıl medalı qazandığını xatırladan Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov bu dəfə də eyni uğurun təkrarlanacağına inandığını deyib.

İdmançı dövründə əldə etdiyi təcrübəsini taekvondoçularla bölüşən digər vitse-prezident, böyüklər arasında dünya çempionu Niyaməddin Paşayev də məşqçilərə və onların yetirmələrinə uğurlar arzulayıb.

"Buenos-Ayres 2018" III Yay Olimpiya Oyunlarında Cavad Ağayev 63 kq, Minayə Əkbərova isə 44 kq çəki dərəcəsində mübarizə aparacaq.

Taekvondo yarışları 7 - 11 oktyabrda olacaq. Ümumilikdə 17 idmançıdan ibarət Azərbaycan nümayəndə heyəti Argentina paytaxtına oktyabrın 4-də yola düşəcək.

Digər Xəbərlər
Xəbər Lenti