COP29

Azərbaycan millisinin üzvünün evini soyanlara 8 il həbs tələbi

12 Sentyabr 2018 18:48 Taekvondo 695
Azərbaycan millisinin üzvünün evini soyanlara 8 il həbs tələbi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Fəridə Əzizovanın evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın məhkəməsi keçirilib.

Sportinfo.az xəbər verir ki, hakim Azad Məcidovun icraatında olan prosesdə dövlət ittihamçısı Sabir Abdinov çıxış edərək N. İsrafilovun 8 il 6 ay müddətinə, N. Fərəcovanın 5 il 6 ay il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

N. Fərəcova azadlıqda olduğu üçün prokuror hökm zamanı onun məhkəmə zalında həbs olunmasını tələb edib.

Eyni zamanda, N. İsrafilovun 2014-cü ildə Gəncə şəhərində oğurluq etdiyi üçün məhkəmənin hökmü ilə 1500 manat cərimələndiyini, lakin həmin pulu ödəmədiyini bildirib. Bu cərimənin də ödənilməsinin hökmdə qeyd olunmasını istəyib.

Nərgiz Fərəcovanın valideynləri F.Əzizovaya dəyən ziyanın əksər hissəsini, 53 min manat ödəyiblər. Zərərin 14 min manatı ödənilməyib.

F.Əzizova deyib ki, Nicata 16 ilə qədər cəza düşəcəyi deyilsə də, prokuror onun yarısını istəyib. Zərərçəkən idmançı çıxışında Nicata daha ağır cəza verilməsini tələb edib:

"Nərgizin ailəsi qalan pulu da ödəyəcəyini deyir və məndən vaxt istəyir. Onlara bu ayın sonuna kimi vaxt verirəm".

Proses sentyabrın 19-da davam etdiriləcək. İttihama görə, 2017-ci il sentyabrında Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyf oğurlanıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!