Millimizin üzvlərindən Rusiyada daha 2 medal

5 Sentyabr 2018 08:00 Taekvondo 764
Millimizin üzvlərindən Rusiyada daha 2 medal

Rusiyada keçirilən taekvondo üzrə "Russian Open" G1 kateqoriyalı beynəlxalq turnirə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, yarışın son günü də gənc Olimpiya komandamızın iki üzvü medala sahib olub.

Belə ki, -63 kq çəki dərəcəsində mübarizə aparan Cavab Ağayev turnirin qalibi olub. Minayə Əkbərova (-46 kq) isə yarımfinalda məğlub olaraq bürünc medalla kifayətlənib.

İlk yarış günü Hatəm Həsənli (-45 kq) də qızıl medal qazanmışdı. Beləliklə, turnirdə dörd idmançı ilə təmsil olunan Məmməd Abdullayev və Zahid Məmmədovun yetirmələri yarışı 2 qızıl və 1 bürünc medalla başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Avqust 18:10 Çək və bizə göndər!