COP29

Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə qızıl medal qazandı

4 Sentyabr 2018 13:36 Taekvondo 484
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə qızıl medal qazandı

Rusiyada taekvondo üzrə G1 kateqoriyalı beynəlxalq turnirə start verilib.

Sportinfo.az Azərbaycan Taekvondo Federasiyasının Mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın ilk günündə 45 kq çəki dərəcəsində mübarizə aparan Hatəm Həsənli rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Turnirdə Azərbaycanın gənclərdən ibarət olimpiya komandası 4 idmançı ilə təmsil olunur. Cavad Ağayev (63 kq), Taleh Süleymanov (73 kq) və Minayə Əkbərova (46 kq) sabah mübarizəyə qoşulacaq.

Digər Xəbərlər
Xəbər Lenti