COP29

Bakıda tanınmış idmançının mənzilindən pul seyfini “aparanların” məhkəməsi başladı

6 Avqust 2018 11:48 Taekvondo 539
Bakıda tanınmış idmançının mənzilindən pul seyfini “aparanların” məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda oğurluqda ittiham olunan Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, prosesə hakim Azad Məcidovun sədrlik edib.

Prosesdə təqsirləndirilən şəxslərin anket məlunatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası avqustun 8-ə təyin edilib.

Ötən ilin sentyabrında Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyf oğurlanıb.

Hadisədən bir neçə ay sonra idmançının evindən seyfi aparanlar - Gəncə şəhər sakini Nicat İsrafilov və Nərgiz Fərəcova həbs ediliblər. Oğurluqda ittiham olunan N.İsrafilov F.Əzizovanın rəfiqəsinin sevgilisi olub.

Təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb.

F.Əzizova 2013-cü ildə dünya çempionatında və 2014-cü ildə Bakı şəhərində Avropa çempionatında bürünc medal qazanıb. Həmçinin 2015 Avropa Oyunlarında gümüş medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!