Azərbaycan taekvondoçuları “Turkish Open”də 7 medal qazandı

13 Fevral 2017 19:06 Taekvondo 955
Azərbaycan taekvondoçuları “Turkish Open”də 7 medal qazandı

Azərbaycan taekvondoçuları Türkiyənin Antalya şəhərində keçirilən "Turkish Open" turnirində iki günə 7 medal qazanıb. Federasiyanın mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, yığma üzvləri 1 qızıl, 3 gümüş və 3 bürünc medala yiyələniblər. Azərbaycanın yeniyetmə, gənc və böyüklərdən ibarət yığma komandaları sayca 4-cü dəfə keçirilən “Turkish Open” beynəlxalq turnirndə tam heyətlə təmsil olunur.

Yarışın ilk günündə yeniyetmə taekvondoçulardan Aysu Məmmədova (37 kq) gümüş, Pərviz İsgəndərov (45 kq) bürünc medal əldə edib. Növbəti gün isə gənclərdən Ayaz Qənbərli (51 kq) qızıl, Mehriban Məmmədova (44 kq) və Orxan Tağızadə (+78 kq) gümüş, Minayə Əkbərova (42 kq) və Sevda Pirseyidova (44 kq) bürünc medala sahib çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti