COP29

Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazandı

11 May 2018 00:40 Taekvondo 785
Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazandı

Rusiyanın Kazan şəhərində başlanan böyüklər arasında Avropa çempionatına start verilib.

Sportinfo.az xəbər verir ki, 49 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycanın qadın taekvondoçusu Patimat Abakarova Bolqarıstan və Rusiya təmsilçisini məğlub edərək yarımfinala vəsiqə qazanıb.

O, finala gedən yolda xorvatiyalı idmançıya uduzaraq yarışı bürünc medalla başa vurub. Digər taekvondoçularımızdan Qaşım Maqomedov (-58 kq) britaniyalı idmançını yarışdan kənarlaşdırsa da, ispan rəqibini məğlub edə bilməyib.

Xanoğlan Kərimov (-54 kq) və Fatemeh Şabannia Mansour (-46 kq ) isə ilk qarşılaşmadan məğlub ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti