COP29

Cavad Ağayev dünya birinciliyidə qızıl medal qazandı

13 Aprel 2018 00:50 Taekvondo 1 276
Cavad Ağayev dünya birinciliyidə qızıl medal qazandı

Tunisin Hammamet şəhərində gənc taekvondoçuların dünya birinciliyi davam edir.

Sportinfo.az xəbər verir ki, millimiz bu yarışda uğurlu çıxışını davam etdirməkdədi.

Xanoğlan Kərimovun (51 kq; 2-ci yer ) ardından, Cavad Ağayev (63 kq) də fəxri kürsüyə qalxıb. Amma onun nəticəsi daha yüksək olub.

Pakistanlı Əşrəf Əhmədi (29:6), amerikalı Xalfani Harrisi (7:6), koreyalı Ho-Jun Jini (17:11) və efiopiyalı Tariku Qirmanı (20:3), iranlı Ərfan Muradı (17:12) üstələyən həmyerlimiz, finalda italiyalı Qabriel Kaulo ida aman verməyərək qızıl medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti