"Mehdiabad dairəsi"ndə mübahisə edən Azərbaycan çempionu bıçaqlandı

22 Mart 2018 19:36 Taekvondo 1 085
"Mehdiabad dairəsi"ndə mübahisə edən Azərbaycan çempionu bıçaqlandı

Taekvondo üzrə Azərbaycan çempionu İsmayılov Səbuhi Cəfər oğlu bıçaqlanıb.

Sportinfo.az xəbər verir ki, hadisə ötən gecə Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü S.İsmayılov "Mehdiabad dairəsi" kimi tanınan ərazidə tanışı ilə mübahisə edib. Şəxsi münasibətlər zəminində başlayan mübahisə daha sonra əlbəyaxa davaya çevrilib.

Bu zaman həmin şəxs S.İsmayılova bir neçə bıçaq zərbəsi vurub. Yaralının vəziyyəti ağır olduğundan o, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsi araşdırma aparır., S.İsmayılov "Fateh" klubunun üzvüdü. O, Taekvondo üzrə XXlll Respublika çempionatında 63 kiloqram çəki dərəcəsində birinci yerin qalibi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti