"Qəbələ"nin 2 üzvü “Ukraine Open”də "bürünc" qazandı

19 Mart 2018 11:12 Taekvondo 778
"Qəbələ"nin 2 üzvü “Ukraine Open”də "bürünc" qazandı

Taekvondo üzrə “Ukraine Open” beynəlxalq turnirinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının heyətində yarışa qatılan “Qəbələ” İdman Klubunun təmsilçiləri yarışda uğurla çıxış edib.

Ukraynanın Xarkov şəhərinin “Lokomotiv” idman sarayında keçirilən G-1 kateqoriyalı turnirdə iki idmançımız fəxri kürsüyə yüksəlməyi bacarıb.

Məcid Sofiyev 54 kq və Məhəmməd Məmmədov 68 kq çəki dərəcəsində yarışı 3-cü pillədə başa vuraraq, “Ukraine Open” beynəlxalq turnirinin bürünc medalına yiyələnib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti