COP29

“Qəbələ”dən 2 günlük Azərbaycan çempionatında 4 medal

24 Fevral 2018 00:40 Taekvondo 613
“Qəbələ”dən 2 günlük Azərbaycan çempionatında 4 medal

Taekvondo üzrə Azərbaycan çempionatına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Bakı Boks Mərkəzində təşkil olunan yarışda “Qəbələ” İdman Klubunun təmsilçiləri də uğurla çıxış ediblər.

İki gün davam edən çempionatda qəbələli taekvondoçular4 medal qazanıblar. 58 kq çəki dərəcəsində çıxış edən Əli Məmmədov bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yalnız finalda məğlubiyyətə üzülən Məcid Sofiyevlə (54 kq) Məhəmməd Məmmədovun (68 kq) qazancı gümüş medal olub.

Qadınların mübarizəsində qüvvəsini sınayan Mujgan Zadmohammad (57 kq) isə yarışı 3-cü pillədə başa vurub. Beləliklə, 1 qızıl, 2 gümüş və 1 bürünc əldə ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!