COP29

“Qəbələ”nin üzvü Cavad Ağayev İstanbulda gümüş qazandı

14 Fevral 2018 08:48 Taekvondo 1 080
“Qəbələ”nin üzvü Cavad Ağayev İstanbulda gümüş qazandı

Türkiyənin İstanbul şəhərində taekvondo üzrə “Turkish Open” turnirinə start verilib.

Sportinfo.az xəbər verir ki, 5-ci dəfə təşkil olunan G1 kateqoriyalı yarışda Azərbaycanın gənclərdən ibarət millisi də mübarizəyə qatılıb.

“Qəbələ” İdman Klubunun və yığmamızın taekvondoçusu Cavad Ağayev yarışda uğurla çıxış edib.

Ötən həftə klublararası Avropa çempionatında qızıl medal qazanan idmançımız bu dəfə də finala qədər irəliləyib. 63 kq çəki dərəcəsində çıxış edən Ağayev həlledici qarşılaşmayadək 5 dəfə dayanq üzərinə çıxıb.

Türkiyədən üç, Hollandiya və Almaniyanın hərəsindən bir taekvondoçu ilə qarşılaşan Cavad rəqiblərinə qalib gəlib. Finalda daha bir türkiyəli ilə üz-üzə gələn idmançımız məğlub olub və gümüş medala yiyələnib.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!