COP29

"Qəbələ"li Cavad Ağayev İstanbulda "qızıl" qazandı

8 Fevral 2018 13:00 Taekvondo 830
"Qəbələ"li Cavad Ağayev İstanbulda "qızıl" qazandı

“Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının taekvondoçusu Cavad Ağayev növbəti uğurunu qazanıb.

Sportinfo.az xəbər verir ki, idmançımız Türkiyənin İstanbul şəhərində keçirilən klubların Avropa birinciliyində fərqlənib. 63 kq çəki dərəcəsində çıxış edən Ağayev qonşu ölkədə 5 döyüş keçirib.

Qazaxıstandan iki, Moldova, Bosniya və Herseqovina, Bolqarıstanın hərəsindən bir rəqiblə üz-üzə gələn taekvondoçumuz bütün rəqiblərinə böyük hesabla qalib gəlib. Ağayev yarışın qalibi kimi qızıl medala yiyələnib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər Xəbərlər
Xəbər Lenti