Federasiya növbəti imtahanını keçirdi

11 İyun 03:20 Taekvondo 340
Federasiya növbəti imtahanını keçirdi

Azərbaycan Taekvondo Federasiyasının (ATF) iyunun 8-də Abşeron Olimpiya İdman Kompleksində təşkil etdiyi dan imtahanına 50 nəfər qatılıb.

Sportinfo.az ATF-yə istinadən xəbər verir ki, onlardan 40 nəfəri I dan, 4 nəfəri II dan, 3 nəfəri III dan, 2 nəfəri IV dan, 1 nəfəri isə V dan dərəcəsi üzrə imtahan verib.

İmtahan qurumun texniki direktoru, beynəlxalq dərəcəli referi Oh Kvanq Çeol tərəfindən keçirilib. İmtahanda federasiyanın baş katibi Aygül Abdullayeva da iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti
5 Avqust 18:10 Çək və bizə göndər!