Qaşim Maqomedov Romada bürünc medal qazandı

03:40 Taekvondo 53
Qaşim Maqomedov Romada bürünc medal qazandı

İtaliyanın Roma şəhərində keçirilən taekvondo üzrə Qran-pri turnirində Azərbaycan millisinin üzvü Qaşim Maqomedov (58 kq) bürünc medal qazanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.

Q. Maqomedov medal yolunda italiyalı, yunanıstanlı və çinli rəqiblərini mübarizədən kənarlaşdırıb.

İdmançı turnirə Dünya Taekvondo Federasiyasının (WT) reytinq sıralamasına əsasən dəvət almışdı.

Qran-pri seriyası dünya taekvondosunun ən nüfuzlu yarışlarından biri hesab olunur və burada qazanılan nəticələr idmançılara həm dünya reytinqi, həm də Olimpiya təsnifatı xalları qazandırır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
7 İyun 16:55 Onlara viza verilmədi