Sabir Zeynalov qızıl, İmaməddin Xəlilov bürünc medal qazandı

5 İyun 04:10 Taekvondo 322
Sabir Zeynalov qızıl, İmaməddin Xəlilov bürünc medal qazandı

Azərbaycan parataekvondoçuları İtaliyanın paytaxtı Romada keçirilən Qran-Pridə uğurlu çıxış ediblər.

Sportinfo.az xəbər verir ki, ən reytinqli idmançıların qatıldığı yarışda milli komandamızın üzvləri iki medal qazanıblar.

58 kq çəki dərəcəsində mübarizə aparan Sabir Zeynalov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, Roma Qran-Prisinin qızıl medalına sahib olub.

70 kq çəki dərəcəsində çıxış edən İmaməddin Xəlilov isə yarışı bürünc medalla başa vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyul 17:50 Çək və bizə göndər!
13 İyul 16:20 "Qəbələ"dən 5 yoxlama