İmaməddin Xəlilov və Sabir Zeynalova "Əməkdar idman ustası" fəxri adı verildi

19 Mart 04:20 Taekvondo 620
İmaməddin Xəlilov və Sabir Zeynalova "Əməkdar idman ustası" fəxri adı verildi

Parataekvondoçular İmaməddin Xəlilov və Sabir Zeynalova "Azərbaycan Respublikasının Əməkdar idman ustası" fəxri adı verilib.

Sportinfo.az xəbər verir ki, martın 17-də Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib.

Nazir Fərid Qayıbovun sədrliyi ilə baş tutan iclasda gündəlikdə duran bir sıra məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Nazirliyin Kollegiya qərarına əsasən, parataekvondoçular İmaməddin Xəlilov və Sabir Zeynalova "Azərbaycan Respublikasının Əməkdar idman ustası" fəxri adı verilib.

İmaməddin Xəlilov Paris-2024 Yay Paralimpiya Oyunlarının çempionu, həmçinin dünya və ikiqat Avropa çempionudur.

Sabir Zeynalov isə Paris-2024 Yay Paralimpiya Oyunlarının, eləcə də dünya və Avropa çempionatlarının bürünc mükafatçısıdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!
15 İyul 05:00 Paşam birinci yeri tutdu