"Ölkə birinciliyində gənclər və böyüklər arasında ümumilikdə 436 idmançı iştirak edib".
Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev deyib.
Onun sözlərinə görə, yarışda yeniyetmə və gənclər arasında Avropa və dünya çempionatlarının mükafatçıları da medallar uğrunda mübarizə aparırlar:
“Turnirdə iştirak edən idmançıların əsas məqsədi qalib gələrək, yığma komandanın heyətinə düşməkdir. Bu, idmandır, şanslı və daha güclü olan idmançı qalib gəlir”.
Niyaməddin Paşayev Azərbaycan taekvondoçularının 2026-cı ildə çıxış edəcəyi yarışlardan da söz açıb:
“Aprelin 12-17-də Daşkənddə gənclər arasında dünya birinciliyi keçiriləcək. Yarışa hazırlıq prosesinə yanvarın 5-dən etibarən start veriləcək.
Həmçinin böyüklər arasında Avropa çempionatı, dörd Qran-Pri, eləcə də “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışlar nəzərdə tutulub.
Milli komanda bu yarışlarda Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün bütün imkanlarını səfərbər edəcək”.

