Azərbaycanlı çempion dünya reytinqindəki liderliyini qorudu

14 Avqust 2025 05:00 Taekvondo 461
Azərbaycanlı çempion dünya reytinqindəki liderliyini qorudu

Azərbaycanlı paralimpiya çempionu İmaməddin Xəlilov (70 kq) dünya reytinq sıralamasındakı liderliyini qoruyub.

Sportinfo.az xəbər verir ki, o, Dünya Parataekvondo Federasiyası tərəfindən açıqlanan yeni reytinq cədvəlində 662.85 xalla liderliyini davam etdirir.

Paralimpiya Oyunlarının bürünc medalçısı, ötən ay Avropa Gənclər Paralimpiya Oyunlarında qızıl medal qazanan Sabir Zeynalov (58 kq) isə 356.66 xalla üçüncü pillədə qərarlaşıb.

Amin Şıxalıyev (63 kq) ötən reytinq cədvəli ilə müqayisədə 21,60 xalla iki pillə irəliləyərək 28-ci sıraya yüksəlib. Orxan Cəfərov (80 kq) isə 24,74 xalla 30-cu pillədədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
1 Mart 22:20 ETOPAZ 14 yaşında