Azərbaycandan 3 klub iştirak etdi, biri ikinci yeri tutdu - Avropa çempionatında

15 Aprel 2025 01:40 Taekvondo 645
Azərbaycandan 3 klub iştirak etdi, biri ikinci yeri tutdu - Avropa çempionatında

Azərbaycanın “Altay” taekvondo klubu Estoniyanın paytaxtı Tallində keçirilən klublararası Avropa çempionatında ikinci olub.

Sportinfo.az xəbər verir ki, yarışda ölkəmizi “Atlet” və “Mübariz” komandaları da təmsil ediblər.

Fateh Sultanlı (40 kq), Cahid İsmayılzadə (52 kq) və Fərid Məlikli (24 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub.

Fərhad Məlikli (24 kq) gümüş, Əkbər Tağıyev (27 kq) və Əjdər Qalabəyov (36 kq) isə bürünc medal qazanıb.

“Altay” komanda hesabında iki qızıl medalla 2-ci yeri tutub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Fevral 18:10 Çək və bizə göndər!