COP29

Fransa - Azərbaycan dostluq qrupunun rəhbəri federasiyaya gəldi

6 Noyabr 2017 18:24 Taekvondo 571
Fransa - Azərbaycan dostluq qrupunun rəhbəri federasiyaya gəldi

Bakıda səfərdə olan Fransa Milli Assambleyasının Fransa - Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafan Azərbaycan Taekvondo Federasiyasında (ATF) olub.

Sportinfo.az xəbər verir ki, qonaq əvvəllər taekvondo ilə məşğul olduğu və idmana rəğbət bəslədiyi üçün bu addımı atıb.

Onunla birgə Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev və Xarici İşlər Nazirliyinin nümayəndələri də federasiyanın idman kompleksi, milli komandanın və uşaq-yeniyetmə qruplarının məşq prosesi ilə, eləcə də kompleksdə taekvondoçulara yaradılan şəraitlə tanış olublar.

Nümayəndə heyətinə taekvondonun inkişafı, nailiyyətləri və ATF-nın fəaliyyəti haqda ətraflı məlumat verilib.

Sonda ATF-nın idman nəticələri muzeyi ilə tanış olan qonaqlar milli komanda və uşaq-yeniyetmə idmançılar ilə xatirə şəkilləri çəkdiriblər.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!