"Qəbələ" taekvondoçusu Avropa birinciliyində bürünc qazandı

6 Noyabr 2017 12:48 Taekvondo 812
"Qəbələ" taekvondoçusu Avropa birinciliyində bürünc qazandı

Kiprin Larnaka şəhərində keçirilən taekvondo üzrə gənclər arasında Avropa birinciliyi davam edir.

Sportinfo.az xəbər verir ki, yarışın ikinci günü Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun taekvondoçusu Cavad Ağayev üçün uğurlu alınıb.

63 kq çəki dərəcəsində çıxış edən idmançımız yarımfinala qədər irəliləyib. Finalın bir addımlığında məğlub olan Ağayev bununla da Avropa birinciliyinin bürünc medalına sahib olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!