Bakıda medal qazanan rusiyalı diskvalifikasiya edildi

1 Mart 04:20 Taekvondo 490
Bakıda medal qazanan rusiyalı diskvalifikasiya edildi

Bakıda medal qazanan rusiyalı taekvondoçu Yuliya Volkova antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edilib.

Sportinfo.az TASS-a istinadən xəbər verir ki, idmançı iki il müddətinə yarışlardan kənarlaşdırılıb.

Onun cəzasının müddəti 2026-cı il oktyabrın 31-də başa çatacaq. Beynəlxalq Test Agentliyi (ITA) idmançının 2014-cü ildə antidopinq qaydalarını pozduğunu bildirib.

2014-cü ilə qədər Ukrayna millisini təmsil edən 45 yaşlı taekvondoçu Sankt-Peterburqda Avropa çempionatında fərdi,

Bakıda isə komanda yarışlarının bürünc mükafatçısı olub. Yuliya Volkova 2019-cu ildə Rusiya çempionatında gümüş medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu