İmaməddin dünyanın ən yaxşısı seçildi - FOTO

5 Dekabr 2024 04:00 Taekvondo 644
İmaməddin dünyanın ən yaxşısı seçildi - FOTO

Paralimpiya çempionumuz İmaməddin Xəlilov Dünya Taekvondo Federasiyası (WT) tərəfindən 2024-cü ilin ən yaxşı kişi parataekvondoçusu adına layiq görülüb.

Sportinfo.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Bu il ərzində iştirak etdiyi bütün turnirlərdə qızıl medal qazanan idmançımız Paralimpiya, dünya və Avropa çempionu titullarına yiyələnib. O, həmçinin dünya reytinqinin hazırkı lideridir.

Parataekvondoçumuza mükafat Honkonqda keçirilən qala gecəsində təqdim olunub.

İdmançımız bu ada Dünya Taekvondo Federasiyasının Texniki Komissiyasının yekdil rəyi əsasında layiq görülüb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda