Yay Olimpiya Oyunlarına vəsiqə qazandı - Azərbaycan taekvondoçusu

18 Dekabr 2023 10:00 Taekvondo 269
Yay Olimpiya Oyunlarına vəsiqə qazandı - Azərbaycan taekvondoçusu

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Sportinfo.az xəbər verir ki, 58 kq çəkidə mübarizə aparan yığma üzvü bu uğura Çinin Usi şəhərində Olimpiya çəkiləri üzrə keçirilən “Böyük Dəbilqə”nin Çempionlar Seriyasında imza atıb.

Yarışın təsnifat mərhələsinin qalibi olan Maqomedov bu dəfə də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qaşım 1/4 finalda Qran-prinin son iranlı qalibini məğlub edərək yarımfinala yüksəlib. O, bu dəfə Bakıda dünya çempionatında uduzduğu çinliyə qalib gəlib.

Taekvondoçumuz finalda son dünya çempionunu da məğlub edərək həm qızıl medala yiyələnib, həm də Olimpiadaya lisenziyaya sahib olub.

Bu, yığmamızın Paris-2024 Yay Olimpiya Oyunlarına ilk vəsiqəsidir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"