Azərbaycan yığmasından 2 nəfər uzaqlaşdırıldı

25 Avqust 2023 22:40 Taekvondo 1 113
Azərbaycan yığmasından 2 nəfər uzaqlaşdırıldı

Azərbaycanın 2 aparıcı taekvondoçusu millidən uzaqlaşdırılıb.

Sportinfo.az xəbər verir ki, Prosport.Az-ın əldə etdiyi xəbərə görə, bunlar Fəridə Əzizova və Patimat Abakarovadır.

Onlar qadın millimizin koreyalı baş məşqçisi Park Sun Minin məşq sistemindən narazı qalıblar və hazırlıqlara qatılmayıblar.

50 yaşlı məşqçi isə federasiya rəhbərliyinin də qərarı ilə onsuz da son vaxtlar nəticələri yaxşı olmayan bu idmançıları millidən uzaqlaşdırıb.

Bu səbəbdən hər 2 idmançı hazırda Estoniyanın paytaxtı Tallində keçirilən Olimpiya çəkiləri üzrə Avropa çempionatında iştirak etmirlər.

Azərbaycan Taekvondo Federasiyasında bu ilk belə hal deyil. 2021-ci ildə keçirilmiş Tokio Yay Olimpiya Oyunlarından sonra milliləşdirilmiş taekvondoçular – Milad Beiqi Harçeqani və Radik İsayev iranlı baş məşqçi Rza Mehmandostun məşqindən narazılıq edərək hazırlıqlara qatılmaqdan imtina etmişdi. Federasiya isə hər 2 idmançını yığmadan kənarlaşdırmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda