“Neftçi” Dünya Qadın Seriyasının Bakı mərhələsində 1/4 finala qaldı

23 Avqust 2023 00:20 Taekvondo 317
“Neftçi” Dünya Qadın Seriyasının Bakı mərhələsində 1/4 finala qaldı

Azərbaycanda təşkil olunmuş 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, ilk gündə qrup oyunları baş tutub.

C qrupunda mübarizə aparan “Neftçi” ilk oyununda İtaliya millisinə 5:15 hesabı ilə məğlub olsa da, ikinci görüşdə Çinin “Yuanda” klubuna 16:14 hesabı ilə qalib gəlib.

Qadın millimiz isə qrupun ilk oyununda Litva yığmasına 17:21 hesabı ilə məğlub olubsa, Almaniyaya 8:22 hesabıyla yenilib və qrupda qalıb.

C qrupunda ikinci pilləni tutmuş təmsilçimiz “Neftçi” 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə “ağ-qaralar”ın rəqibi Polşa millisi olacaq. Oyun 23 avqust saat 17:00-da baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!