Kəmaləddin Heydərov təklif etdi, yeni vitse-prezidentlər seçildi

21 İyun 2023 02:20 Taekvondo 1 372
Kəmaləddin Heydərov təklif etdi, yeni vitse-prezidentlər seçildi

Azərbaycan Taekvondo Federasiyasının (ATF) İdarə Heyətinin növbəti iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda cari məsələlər müzakirə olunub.

Həmçinin, qurumun fəaliyyətinin yüksəldilməsi və idarəetmədə səmərəliliyin artırılması məqsədilə federasiyanın prezidenti və İdarə Heyətinin sədri Kəmaləddin Heydərov vitse-prezidentlərin say tərkibinin artırılmasını təklif edib,

Hikmət Səmədovla Elşən Ələkbərovun bu vəzifə üçün namizədliklərini irəli sürüb.

Azərbaycan Taekvondo Federasiyasının Ümumi Yığıncağında təkliflər səsə qoyularaq qəbul edilib.

Beləliklə, hər iki şəxs qurumun yeni vitse-prezidentləri seçiliblər.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi