“Dünya çempionluğunu Bakıda qazanmaq mənim üçün fəxrdir”

18 İyun 2023 08:30 Taekvondo 443
“Dünya çempionluğunu Bakıda qazanmaq mənim üçün fəxrdir”

“Dünya çempionluğunu Bakıda qazanmaq mənim üçün fəxrdir”.

Sportinfo.az xəbər verir ki, bunu Türkiyənin qadın taekvondoçusu Merve Dinçel Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanması ilə bağlı danışarkən deyib.

Avropa çempionluğundan sonra 49 kq çəkidə dünyanın da ən yaxşısı olan 24 yaşlı idmançı yerli mətbuata açıqlamasında bu uğurunda Azərbaycanda olan dəstəyin mühüm rol oynadığını bildirib:

“Azərbaycanda fərqli atmosferdə çıxış etdim. Qardaş ölkədə olduğumuzu bizə hiss etdirdilər.

Tribunalardan verilən dəstək möhtəşəm idi. Bu, hələ də ağlımdan çıxmır. Karyeramın ikinci qızıl medalını Azərbaycanda əldə etmək mənim üçün çox önəmli idi”.

29 may – 4 iyun aralığında Bakıda keçirilən dünya çempionatında 145 ölkədən 949 idmançı mübarizə aparıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"