Millimiz Bakıdakı DÇ-da FİASKOYA UĞRADI!

5 İyun 2023 02:40 Taekvondo 413
Millimiz Bakıdakı DÇ-da FİASKOYA UĞRADI!

Azərbaycan taekvondoçuları Bakıda təşkil olunan dünya çempionatını medalsız başa vurub.

Sportinfo.az xəbər verir ki, bu gün - mundialın son günündə iki təmsilçimiz dayanq üzərinə çıxıb.

Həmidrza Bədriəliabadi 1/16 finalda Nouhum Diavaranı (Mali) 2:1 hesabı ilə məğlub edib.

Taekvondoçumuz ikinci qarşılaşmasında fransalı Omar El Yazidini məğlub etsə də, 1/4 finalda türkiyəli rəqibi Əmrə Kutalmış Atəşli ilə bacarmayıb.

Səmərrux Osmanova 1/16 finalda Mariella Bou Habib (Livan) ilə üz-üzə gəlib. 1:2 hesabı ilə uduzan təmsilçimiz yarışla vidalaşıb.

Beləliklə, 145 ölkədən 949 taekvondoçunun qatıldığı dünya çempionatında 13 nəfərlik heyətlə iştirak edən millimiz yarışı medalsız başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"