Bayramov ipponla uduzdu, ikinci yerlə kifayətləndi - Qran Pridə

2 İyun 18:20 Taekvondo 277
Bayramov ipponla uduzdu, ikinci yerlə kifayətləndi - Qran Pridə

Azərbaycan cüdoçusu Turan Bayramov Tacikistanın paytaxtı Düşənbədə start götürən Qran Pri turnirində final görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, 60 kq çəki dərəcəsində yer alan idmançı qızıl medal uğrunda qarşılaşmada neytral statusda güləşən Ramazan Abdullayevlə üz-üzə gəlib.

Rəqibinə ipponla uduzan Bayramov ikinci yerlə kifayətlənib.

Yarışın ilk günündə Azərbaycan millisinin ümumilikdə 7 üzvü tatami üzərinə çıxıb.

Kişilərdən Turan Bayramovla yanaşı, Yaşar Nəcəfov (66 kq) da finala yüksəlib. Qadınlardan isə Leyla Əliyeva (48) bürünc, Gültac Məmmədəliyeva (52 kq) isə qızıl medal görüşünə vəsiqə qazanıb.

Yeri gəlmişkən, Əliyeva uduzaraq yarışı medalsız başa vurub. Rövşən Əliyev (60 kq), Ruslan Paşayev (66 kq) və Könül Əliyeva (48 kq) isə turnirlə daha erkən vidalaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:50 Bir səhvdən sonra… VİDEO
24 Sentyabr 20:00 Çək və bizə göndər!
24 Sentyabr 16:30 "Difai"dən MARAQLI VİDEO
24 Sentyabr 16:05 Niyə Kamran Quliyev yox, o?
24 Sentyabr 14:25 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 11:05 İşiniz yağ kimi gedəcək!
24 Sentyabr 02:30 Millimiz yenə uduzdu