Xanoğlan medal qazana bilmədi - Dünya çempionatında

1 İyun 2023 22:00 Taekvondo 470
Xanoğlan medal qazana bilmədi - Dünya çempionatında

Bu gün Azərbaycanın daha bir taekvondoçusu Bakıda keçirilən dünya çempionatını medalsız başa vurub.

Sportinfo.az xəbər verir ki, 65 kq çəki dərəcəsində Xanoğlan Kərimov 1/64 final mərhələsində portuqaliyalı Alfredo Martinslə dueldən qalib ayrılıb.

İdmançı növbəti raundda Zakariya Muhammed Qalini (Səudiyyə Ərəbistanı) məğlub edib. Kərimov 1/16 finalda Tobias Hittelə (Danimarka) uduzaraq mübarizəni dayandırıb.

Dünya çempionatı iyunun 4-də yekunlaşacaq. Daha əvvəl Azərbaycanın 6 taekvondoçusu mundialı medalsız başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti