“Bakıdakı dünya çempionatı unudulmaz olacaq”

29 May 2023 02:40 Taekvondo 559
“Bakıdakı dünya çempionatı unudulmaz olacaq”

“Bakıdakı dünya çempionatı unudulmaz yarış olacaq”.

Sportinfo.az xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini Mariana Vasileva Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatı haqda deyib.

O, Təşkilat Komitəsinin mundiala ciddi hazırlaşdığını söyləyib:

“Azərbaycan belə mötəbər tədbirə ev sahibliyi etdiyi üçün qürur hissi duyur. Təşkilat Komitəsi yarışların yüksək səviyyədə təşkili üçün böyük işlər görür. Nazirlik adından taekvondoçulara uğurlar arzulayıram”.

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov isə idmana və taekvondoya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib:

“Bu il Dünya Taekvondo Federasiyasının 50 illiyini qeyd edirik. Bunun Bakıda olması müstəsna hadisədir”.

Dünya çempionatı 29 may – 4 iyun tarixlərində keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti