Dünya çempionatı Bakıda - Son 1 gün...

11 May 2023 17:20 Taekvondo 426
Dünya çempionatı Bakıda - Son 1 gün...

29 may - 4 iyun 2023-cü il tarixlərində Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatına yerli media nümayəndələrinin akkreditasiyasına 1 gün qalıb.

Sportinfo.az xəbər verir ki, akkreditasiya prosesi 12 may saat 00:00-a qədər davam edəcək.

Yarışı işıqlandırmaq istəyən jurnalistlər aşağıda qeyd edilən formanı dolduraraq, tələb olunan sənədlərlə birgə - şəxsiyyət vəsiqəsi, jurnalist vəsiqəsi və fotonu (fotoda ad və soyad yazılmalıdır) skan olunmuş şəkildə press@wtcbaku2023.com elektron poçt ünvanına göndərməlidir.

Natamam doldurulmuş və təyin edilən vaxtdan sonra göndərilmiş müraciətlər nəzərə alınmayacaq.

Qeydiyyat prosesi tamamlandıqdan sonra, akkreditasiya kartlarının təqdim olunacağı məkan və saat haqqında məlumat veriləcək.

Akkreditasiya ilə əlaqədar əlavə məlumat əldə etmək istəyənlər (+99455) 756 78 16 nömrəsinə zəng edə və ya press@wtcbaku2023.com elektron poçt ünvanına yaza bilərlər.

Digər Xəbərlər
Xəbər Lenti