Klublararası Avropa çempionatında çıxış edəcək Azərbaycan təmsilçiləri

27 Aprel 2023 18:20 Taekvondo 446
Klublararası Avropa çempionatında çıxış edəcək Azərbaycan təmsilçiləri

Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək taekvondo üzrə klublararası Avropa çempionatında iştirak edəcək Azərbaycan komandalarının heyətləri bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu gün start götürəcək qitə birinciliyində Azərbaycanın 5 klubu mübarizə aparacaq.

Millinin aparıcı üzvləri “Gilan” İdman Klubunun heyətində yer alacaqlar.

Reza Mehmandost və Elnur Amanovun rəhbərliyi altında dayanq üzərinə Səyyad Dadaşov, Rahid Vəliyev (hər ikisi 54 kq), Qaşım Maqomedov (58 kq), Yaşar Məmmədli (68 kq), Eltac Qafarov (74 kq), Əliəsgər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq) və Həmidrza Bədriəliabadi (+87 kq) çıxacaqlar.

“Gilan”a qadınların yarışında Sun Mi Park və Hyeyounq Çoi rəhbərlik edəcək.

Onlar çempionatda Minayə Əkbərova, Məryəm Məmmədova, Zemfira Həsənzadə (hamısı 46 kq), Patimat Abakarova, Səmərrux Osmanova, Pəniz İsmayılpur (hamısı 53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizovaya (67 kq) şans verəcəklər.

“Fərasət” klubu böyüklərin mübarizəsində Riyad Şirəliyev (68 kq), gənclərdə İbrahim Mehbalizadə (48 kq) ilə təmsil olunacaq.

Dövlət Gömrük Komitəsinin İdman-Sağlamlıq Mərkəzi də Avropa çempionatında iştirak edəcək. Nicat İsmayılzadə (80 kq) böyüklər, Murad Məmmədov (59 kq) gənclər arasında qüvvəsini sınayacaqlar.

Gənc taekvondoçuların yarışında məşqçi Zahid Nadirovun rəhbərliyi altında “Alpman” gücünü sınayacaq. O, Bolqarıstanda Səlimə Quliyeva (42 kq) və Vüqar Bağırova (63 kq) şans verəcək.

“Sumqayıt” isə səfərə Aylin Eynullayeva (49 kq) ilə yollanıb.

Yarışda referilər arasında beynəlxalq dərəcəli Aygül Abdullayeva da yer alacaq.

Klublara Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev rəhbərlik edəcək.

Üç gün davam edəcək Avropa çempionatına 2000-dən artıq taekvondoçu qatılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular