Dünya Taekvando Federasiyasının olimpiya çəkiləri üzrə yeni reytinq cədvəli açıqlanıb. Sportinfo.az xəbər verir ki, Rio olimpiadasının qalibi Radik İsayev (+80 kq) ilk yerdədi.
Onun hesabında 482,93 xal var. Son dünya çempionumuz Milad Beiqi Hərçəqani (80 kq) də 460,96 balla 1-ci sıradadı.
Əmsal DTF-in təşkil etdiyi yarışlarda idmançıların aktivinə yığılan xallara əsasən verilir. Qaydalara görə 2020-ci ildə keçiriləcək Tokio olimpiadasına qədər reytinqdə ilk altılıqda olan idmançılar “dördilliy”ə birbaşa vəsiqə qazanırlar.

