5 taekvondoçumuz Qran-pri turnirində iştirak edəcək

2 Avqust 2017 17:00 Taekvondo 753
5 taekvondoçumuz Qran-pri turnirində iştirak edəcək

Taekvondo üzrə Qran-pri turnirində iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb. Sportinfo.az xəbər verir ki, yarışda kişilərdən Qaşım Maqomedov (58 kq), Məhəmməd Məmmədov, Ayxan Tağızadə (hər ikisi 68 kq), Ramin Əzizov (+80 kq), qadınlardan isə Fəridə Əzizova (67 kq) mübarizə aparacaq.

Qran-pri əvvəlcə avqustun 4-6-da Rusiyanın paytaxtı Moskvada keçiriləcək. Daha sonra turnir müvafiq olaraq Mərakeş, Böyük Britanıya və Kot dİvuarın paytaxtlarında təşkil ediləcək.

G4 kateqoriyalı beynəlxalq yarışda qalib idmançı aktivinə 40, ikinci yer 24, üçüncü yerə sahib olan isə 14.4 reytinq xalı əlavə etmiş olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti