Azərbaycana təqdim olundu - Dünya çempionatının keçici bayrağı

22 Noyabr 2022 03:00 Taekvondo 554
Azərbaycana təqdim olundu - Dünya çempionatının keçici bayrağı

Meksikanın Qvadalaxara şəhərində taekvondo üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, tədbirin sonunda mundialın keçici bayrağı növbəti mundiala ev sahibliyi edəcək Azərbaycan nümayəndəsinə təqdim edilib.

Keçici bayrağı Meksika Taekvondo Federasiyasının rəsmisi Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Nağı Səfərova təqdim edib.

Mərasimdə ATF-in vitse-prezidenti Niyaməddin Paşayev də iştirak edib.

2023-cü ilin 29 may - 4 iyun tarixlərində Bakıdakı təşkil olunacaq dünya çempionatı Ümumdünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley ölkəmizdə qeyd olunacaq.

Qvadalaxarada taekvondoçumuz Cavad Ağayev (68 kq) bürünc medal qazanıb. Yarışda ədalət təmsilçiləri sırasında isə beynəlxalq tərəcəli hakimimiz Aygül Abdullayeva da yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti