Federasiyasıda anlaşılmaz qərar - Göndərilən məşqçilər qaytarıldı

26 Sentyabr 2022 03:20 Taekvondo 845
Federasiyasıda anlaşılmaz qərar - Göndərilən məşqçilər qaytarıldı

Azərbaycan Taekvando Federasiyası dünən iranlı məşqçi Reza Mehmandustu yenidən baş məşqçi olaraq təyin etdi.

Onunla yeni müqavilə imzalandı.

Maraqlıdır olan isə budur ki, federasiya onunla cəmi 3 ay öncə yollarını ayırmışdı. Ardıcıl uğursuz nəticələrdən sonra Reza Mehmandust İdarə Heyətinin qərarından sonra yığmadan göndərilmişdi. Hətta, federasiya onun yerinə Məmməd Abdullayev də təyin etmişdi.

Amma qəribədir ki, qısa müddət sonra Mehmandust yenidən öz postuna qaytarılıb.

Ümumiyyətlə, federasiyada son ildə baş verən hadisələr olduqca anlaşılmazdır. 2020 Tokio Yay Olimpiya Oyunlarında Azərbaycan millisi çox zəif çıxış etmişdi.

Bundan sonra isə Reza Mehmandust yığmada fəaliyyətinə davam etmiş, əvəzində qadınlardan ibarət komandanın çalışdırıcısı Elnur Amanov işindən uzaqlaşdırılmışdı.

Bir müddət sonra isə mətbuatda Reza Mehmandustun istefaya göndəriləcəyi xəbərləri dolaşsa da, federasiya medianı yalançı çıxarmışdı ki, belə bir şey olmayacaq. Amma həmin hadisədən cəmi 10 gün sonra iranlı mütəxəssis vəzifəsindən getmişdi.

İndi isə o, yenidən baş məşqçi postuna qaytarılıb. Olimpiadadakı uğursuzluqdan sonra istefaya göndərilən qadınlardan ibarət komandanın baş məşqçisi Elnur Amanov da Mehmandustun köməkçisi təyin edilib.

Son illər Azərbaycan Taekvando Federasiyasında baş verənlər çox müzakirələrə səbəb olur. Tokio-2020 Olimpiya Oyunlarından sonra idmançıların maaşlarının 70 faizi kəsilmişdi.

Bundan sonra Olimpiya çempionumuz Radik İsayevlə dünya çempionu Milad Beiqi Harçeqani qərara etiraz etmişdi. Elə ondan sonra komanda uğursuz çıxışları ilə yadda qalmağa başladı.

Nə Radik İsayev, nə də Milad Beiqi Harçeqani əvvəlki vəziyyətinə qayıda bildi. Hər iki idmançının zəifələməsi diqqətdən qaça bilməz və onların hələ də komandada qalması yanlış qərar sayıla bilər.

Ardıcıl problemlərin ortaya çıxması Azərbaycan taekvandosunun gələcəyinin təhlükə altında olmasına işarədir.

Elsevər Məmmədov

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu