Yenidən Azərbaycan millisinin baş məşqçisi təyin olundu - İranlı

22 Sentyabr 2022 03:30 Taekvondo 1 201
Yenidən Azərbaycan millisinin baş məşqçisi təyin olundu - İranlı

Reza Mehmandust yenidən kişi taekvondoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi təyin olunub.

Sportinfo.az xəbər verir ki, "report"un əldə etdiyi məlumata görə, iranlı mütəxəssis bu postda Məmməd Abdullayevi əvəzləyib.

Abdullayev Türkiyənin Konya şəhərində keçirilmiş V İslam Həmrəyliyi Oyunlarında yığma qaneedici nəticələr göstərə bilmədiyi üçün vəzifəsindən kənarlaşdırılıb.

Elnur Amanov Mehmandustun köməkçisi təyin edilib.

Azərbaycanın kişi taekvondoçuları İslamiadada 1 gümüş və 1 bürünc medal qazanıblar. Cavad Ağayev (68 kq) gümüş, Həşim Məhəmmədov (58 kq) isə bürünc medala sahib çıxıb.

Azərbaycan Taekvondo Federasiyası iyunun 23-də Mehmandustla yolların ayrıldığını açıqlamışdı.

Digər Xəbərlər
Xəbər Lenti
9 May 11:00 Məcarə axtarmayın!