Yeniyetmələrdən ibarət milli Bolqarıstana yola düşüb. Sportinfo.az xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının məşq zallnda təlim-məşqlərı başa vuran komandamız 21-28 avqust tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada bir neçə ölkənin iştirak ilə təşkil edilən beynəlxalq təlim-məşqlərə qatılacaq.
Baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi ilə 10 idmançımız bu məşqlərdə iştirak edəcək. Belə ki, oğlanlardan Nihad Əlizadə, Riyad Şirəliyev, İsmayıl İsmayılov, Yaşar Məmmədli, Pərviz İsgəndərov, qızlardan isə Aysu Məmmədova, Gülsüm Həsənzadə, Ofeliya Allahverdiyeva və Aydan Əliyeva komandanın heyətində yer alıb.
Nəzərinizə çatdıraq ki, avqust ayinda Misirdə yeniyetmələr arasında dünya birinciliyi keçiriləcək. Komandamızın bu məşqlərdə iştirakı da birinciliyə hazırlıq məqsədi daşıyır. Millimiz iyulun 28-d Vətənə dönəcək.

